UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VIP sektorlar üzrə biletlər 50, 75 və 100, VVIP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq.
Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iTicket"ın satış məntəqələrinə, "Park Bulvar"dakı "Qarabağ" futbol klubunun fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" - "ÇSKA Sofiya" görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.

Bizim.Media

- A-
- A
- A+
İdman
15:30 / 18.07.2026
"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO
Hazırda oxunan: "Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO
Hazırda oxunan: "Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO
626039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































