"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

Hazırda oxunan: "Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı açıqlanıb

618312

"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub.

Bizim.Media xəbər verir ki, sabah - iyunun 10-da Bakıda bir araya gələcək komanda hazırlığın ilk mərhələsini paytaxtda keçəcək. Bu mərhələ iyunun 22-dək davam edəcək.

"Qarabağ" iyunun 22-də Avstriyaya yollanacaq. Komanda hazırlığın ikinci mərhələsini Tirol əyalətində keçirəcək. Avstriya toplanışı iyulun 2-dək davam edəcək.

Təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Komanda iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə qarşılaşacaq. Görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.
 

"Qarabağ" iyulun 1-də iki görüşə çixacaq. Komanda toplanışda ikinci yoxlama matçını iyulun 1-də Ukraynanın "Metallist" komandasına qarşı keçirəcək. Oyun yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə saat 15:00) start götürəcək. Avstriya hazırlığında son rəqib "Ferentsvaroş" olacaq.


Macarıstan təmsilçisi ilə qarşılaşma yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00-da) başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO