Rusiya hökumət başçısının müavini Dmitri Çernışenko rusiyalı idmançıların beynəlxalq arenada öz milli rəmzləri ilə iştirak hüququnun bərpa olunması barədə son vəziyyəti açıqlayıb.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazirin müavini artıq bir çox beynəlxalq federasiyaların məhdudiyyətləri tamamilə aradan qaldırdığını bildirib.
"Yetkinlik yaşına çatmış idmançılarımız 12 olimpiya idman növündə yarışlara tamhüquqlu şəkildə — ölkənin bayrağı, himni və milli simvolları ilə buraxılıblar. Bu idman növlərinə cüdo, idman güləşi, üzgüçülük, sinxron üzgüçülük, suya tullanma, su polosu, idman gimnastikası, bədii gimnastika, batut üzərində tullanma, boks, taekvondo və qılıncoynatma daxildir", — deyə Çernışenko qeyd edib.
O, həmçinin əlavə edib ki, rəsmi Moskva hazırda Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən də dialoqa və münasibətlərin normallaşdırılmasına doğru müəyyən addımların atılmağa hazır olduğunu müşahidə edir.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:58 / 07.06.2026
Çernışenko: "Rusiyalı idmançılar artıq beynəlxalq arenada güclərini sınayırlar”
Hazırda oxunan: Çernışenko: "Rusiyalı idmançılar artıq beynəlxalq arenada güclərini sınayırlar”
Hazırda oxunan: Çernışenko: "Rusiyalı idmançılar artıq beynəlxalq arenada güclərini sınayırlar”
617725
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































