İranlı futbolçular Quran kitabını öpərək Meksikaya yola düşdülər - VİDEO

İranlı futbolçular Quran kitabını öpərək Meksikaya yola düşdülər - VİDEO

Hazırda oxunan: İranlı futbolçular Quran kitabını öpərək Meksikaya yola düşdülər - VİDEO

617647

İran milli komandasının futbolçuları dünya çempionatı öncəsi Quran-i Kərimi öpərək, dualarla yola çıxıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

ABŞ, Kanada və Meksikada təşkil olunacaq FİFA-2026 dünya çempionatında mübarizə aparacaq İran yığması təlim-məşq toplanışı keçdiyi Antalyadan ayrılıb. 
 

Kundu turizm bölgəsindəki otellərdən birində 2 həftəlik düşərgə quran milli komanda üzvləri hazırlıqların növbəti mərhələsi üçün Meksikaya yollanmaq məqsədilə Antalya Hava Limanına gəliblər. İran nümayəndə heyəti Meksikanın Tixuana şəhərinə uçmaq üçün təyyarəyə minib.



Qeyd edək ki, İran turnirdəki ilk oyununu iyunun 15-də Yeni Zelandiya yığmasına qarşı keçirəcək. Komanda Antalyadakı toplanış çərçivəsində iki yoldaşlıq görüşü keçirib – Qambiyanı 3:1, Malini isə 2:0 hesabı ilə məğlub edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO