Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır

Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır

Hazırda oxunan: Çempionluq üçün son addım: Minifutbol millimiz bu gün həlledici matça çıxır

617119

Minifutbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyada təşkil olunan Avropa çempionatının həlledici - final qarşılaşmasına çıxacaq.

Bizim.Media xəbər verir ki, yığmamız qitənin ən güclüsünü müəyyənləşdirəcək matçda Ukrayna kollektivi ilə qüvvəsini sınayacaq.

Avropanın diqqət mərkəzində olan bu böyük duel "Tipos Arena"da baş tutacaq və Bakı vaxtı ilə tam 22:30-da start götürəcək.
 

Qeyd edək ki, yığmamızın finala gedən yolu olduqca məhsuldar və uğurlu keçib. Komandamız dünən əsas vaxtı 1:1 bərabərliklə başa çatan yarımfinal görüşündə penaltilər seriyasında Serbiya seçməsini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.


Buna qədər isə F qrupunda Avstriyaya (1:0), İtaliyaya (3:0) və Fransaya (3:2) heç bir şans verməyən millimiz 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 final mərhələsində isə Çexiya komandasını (5:2) mübarizədən kənarlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO