MLS-in ən bahalı 5 futbolçusu – ADLAR

MLS-in ən bahalı 5 futbolçusu – ADLAR

Hazırda oxunan: MLS-in ən bahalı 5 futbolçusu – ADLAR

616934

Dünyanın nüfuzlu transfer portalı "Transfermarkt" Şimali Amerika Futbol Liqasının (MLS) ən yüksək bazar dəyərinə malik 5 futbolçusunun siyahısını dərc edib.
 
Bizim.Media xəbər verir ki, reytinq cədvəlinə "Toronto" klubunun amerikalı hücumçusu Coş Sarcant başçılıq edir. 36 yaşlı forvardın transfer qiyməti 16 milyon avro dəyərində qiymətləndirilir.
 
Siyahıda növbəti yerləri aşağıdakı futbolçular bölüşürlər:
 
Evander ("Sinsinnati", yarımmüdafiəçi) – 16 milyon avro
 
Lionel Messi ("İnter Mayami", hücumçu) – 15 milyon avro
 
Anders Dreyer ("San-Dieqo", yarımmüdafiəçi) – 15 milyon avro
 
Son Hın Min ("Los-Anceles", hücumçu) – 15 milyon avro
 
Qeyd edək ki, siyahıda yer alan ulduz futbolçulardan Lionel Messinin bazar dəyəri ötən dövrlərlə müqayisədə bir qədər ensə də, o, hələ də liqanın ən bahalı oyunçuları sırasındakı mövqeyini qoruyur.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO