İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor ilə amerikalı Maks Hollouey arasındakı döyüşün biletləri 240 saniyə ərzində tamamilə satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Döyüşçülər 12 iyul 2026-cı il tarixində Las-Veqasda keçiriləcək "UFC 329" turnirində üz-üzə gələcəklər. Bu qarşılaşma onlar üçün revanş xarakteri daşıyır. İlk döyüşdə Makqreqor yekdil qərarla qalib gəlmişdi.
Qeyd edək ki, 37 yaşlı Makqreqor bir müddət əvvəl narkotik asılılığından müalicə kursu keçib. İdmançı antidopinq qaydalarını pozduğu üçün 18 aylıq diskvalifikasiya olunmuş və bu cəza müddəti 2026-cı ilin mart ayında başa çatmışdır.
37 yaşlı döyüşçünün son rəsmi döyüşü "UFC 264" turnirində amerikalı Dastin Porye ilə qarşılaşma olub. Həmin görüş elə ilk raundda idmançının ayağının sınması ilə nəticələnmiş və yarımçıq saxlanılmışdı.
Bizim.Media



































































































