FİFА DÇ-2026-da taktiki fasilələri QADAĞAN ETDİ

FİFА DÇ-2026-da taktiki fasilələri QADAĞAN ETDİ

Hazırda oxunan: FİFА DÇ-2026-da taktiki fasilələri QADAĞAN ETDİ

616589

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatında qapıçıların zədələnməsi səbəbindən yaranan fasilələrdən taktiki məsləhətləşmələr üçün istifadə edilməsinə qadağa qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazır.
 

Yeni qaydaya əsasən, qapıçıya tibbi yardım göstərilən zaman meydandakı oyunçular ehtiyat oyunçular skamyasına yaxınlaşa və məşqçi heyəti ilə ünsiyyət qura bilməyəcəklər. Bu yenilik vaxt uzadılmasının və bəzi baş məşqçilərin meydandakı taktikanı dəyişmək üçün əvvəllər istifadə etdiyi icazəsiz fasilələrin qarşısını almağa yönəlib.


FİFA həmçinin daha əvvəl hava şəraitindən asılı olmayaraq turnirin bütün oyunlarının hər hissəsində məcburi üçdəqiqəlik su fasilələrini təsdiqləyib.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatı 11 iyundan 19 iyula qədər ABŞ, Kanada və Meksikada keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO