"Qarabağ" rəhbərliyindən Qurban Qurbanovla bağlı MÜHÜM QƏRAR

"Qarabağ" rəhbərliyindən Qurban Qurbanovla bağlı MÜHÜM QƏRAR

Hazırda oxunan: "Qarabağ" rəhbərliyindən Qurban Qurbanovla bağlı MÜHÜM QƏRAR

616241

Qurban Qurbanovun axır vaxtlar "Qarabağ" klubundan ayrılacağı ilə bağlı barəsində yayılan müxtəlif söz-söhbətlərə son qoyulub.

Bizim.Media “sportinfo.az”a istinadən xəbər verir ki, adı "Beşiktaş" da daxil, Türkiyə, Rusiya və Avropadan bir neçə klubla yanaşı hallanan baş məşqçi karyerası ilə bağlı növbəti mühüm qərarı verib.

Qeyd edilib ki, o, qarşıdakı üç ili də Ağdam klubunda keçirəcək.

2008-ci ildən "köhlən atlar"ı çalışdıran təcrübəli mütəxəssis klubu ilə 2029-cu ilədək müqavilə imzalayıb. Yeni kontrakta əsasən, "Qarabağ" Qurbanovun əməkhaqqısını da artırıb.

Xatırladaq ki, Q.Qurbanov "Qarabağ"ı 13 dəfə ölkə çempionu edib, 6 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Bu mövsüm ikinci dəfə Çempionlar Liqasında iştirak hüququ əldə edən kollektiv pley-off mərhələsinə qədər yol gedib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO