“Neftçi” Elvin üçün yenidən “Qarabağ”la danışıqlara başlayacaq

“Neftçi” Elvin üçün yenidən “Qarabağ”la danışıqlara başlayacaq

Hazırda oxunan: “Neftçi” Elvin üçün yenidən “Qarabağ”la danışıqlara başlayacaq
616236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Neftçi" Elvin Cəfərquliyevin transferi ilə bağlı cəhdlərini davam etdirir.

Bizim.Media xəbər verir ki, paytaxt klubu Azərbaycan millisinin müdafiəçisini heyətinə qatmaq üçün yenidən "Qarabağ"la danışıqlar aparmağı planlaşdırır.

Tərəflər arasında daha əvvəl keçirilən görüşlərdə ortaq məxrəcə gəlmək mümkün olmayıb.

Buna səbəb "Neftçi"nin təklif etdiyi transfer məbləğinin "Qarabağ"ı qane etməməsi olub.

Ağdam təmsilçisi futbolçunun keçidi üçün daha yüksək maliyyə tələbi irəli sürüb.

Qeyd edək ki, Elvin Cəfərquliyevin "Qarabağ"la gələn ilin yayınadək sözləşməsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO