Sahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

Sahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

Hazırda oxunan: Sahmatçımız Avropa çempionatında liderliyə yüksəldi

607214

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VII turun partiyaları oynanılıb.

Bizim.Media xəbər verir ki, azərbaycanlı qrosmeyster Aydın Süleymanlı hesabat turunda uğurlu çıxışını davam etdirib. O, Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq yarış cədvəlində liderliyə yüksəlib.
 

Hazırda aktivində 6 xal olan Aydın Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə 1-ci pillədə qərarlaşıb. Bu gün oynanılacaq VIII turda Aydın Süleymanlı Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.


Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. O, 7 turdan sonra 5,5 xalla 10-cu pillədədir.

Digər şahmatçılarımıza gəlincə, Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq, 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar. Avropa çempionatı 11 turdan ibarətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO