AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

Hazırda oxunan: AFFA Ehtiram Quliyevin açıqlamasına görə “Turan Tovuz”u CƏRİMƏLƏDİ

606118

AFFA İntizam Komitəsi Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” – “Zirə” oyunu ilə bağlı cəzaları açıqlayıb.

Bizim.Media xəbər verir ki, “Turan Tovuz”un azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə, klub 5000 manat cərimələnib.

Görüş bitdikdən sonra “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə, Tovuz təmsilçisi daha 15000 manat cəriməyə məruz qalıb.

Heyətində 4 nəfər sarı vərəqə aldığı üçün isə “Zirə” 700 manat cərimə ilə üzləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO