“Qarabağ” bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Sabah”la matç öncəsi xanım azarkeşləri üçün maraqlı addım atıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi tribunadan komandaya dəstək olmaq istəyən qadınlar üçün stadiona girişi ödənişsiz edib.
Belə ki, xanım azarkeşlər heç bir bilet almadan qarşılaşmanı canlı izləyə biləcəklər.
“Sabah” isə rəqibinin bu jestinə rəsmi “Instagram” hesabı vasitəsilə maraqlı reaksiya verib.
Qeyd edək ki, hazırda “Sabah” 62 xalla Premyer Liqada liderliyini qoruyub saxlayır.
“Qarabağ” isə rəqibindən 10 xal geri qalaraq 52 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
18:51 / 03.04.2026
“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO
Hazırda oxunan: “Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO
Hazırda oxunan: “Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO
604929
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































