Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

Hazırda oxunan: Qurban Qurbanov hesabat konfransına yenə qatılmadı

604809

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. 

Bizim.Media “Qafqazinfo”ya istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü olan məşqçi ardıcıl ikinci ildir ki, bu tədbirdə iştirak etmir. 
 

Xatırladaq ki, çalışdırıcı ötən il də keçirilən hesabat konfransına qatılmamışdı. AFFA-dan bildirilmişdi ki, Q.Qurbanov komandasının “Kəpəz”a qarşı keçirəcəyi oyuna görə Tovuza yollandığı üçün iclasda iştirak etməyib.


Qurban Qurbanov həmçinin İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla da gündəmə gəlmişdi. Lakin o, sonuncu komitə iclasında iştirak etmişdi.

Qeyd edək ki, bu gün “Qarabağ” Azərbaycan Kubokunun 1/2 finalında “Sabah”la qarşılaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO