UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

Hazırda oxunan: UEFA-dan azarkeşlərə "Avro-2028" MÜJDƏSİ: Qiymətlər artmayacaq

604077

UEFA 2028-ci ildə keçiriləcək Avropa çempionatı üçün bilet qiymətlərini artırmamaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, "The Athletic" nəşrinin yaydığı məlumata görə, ən əlçatan kateqoriyalarda qiymətlər "Avro-2024" səviyyəsində saxlanılacaq.
 

Belə ki, "Fans First" və üçüncü kateqoriyalı biletlər müvafiq olaraq 26 funt sterlinq (30 avro) və 52 funt sterlinq (60 avro) təşkil edəcək. Bu qiymətlər Almaniyada keçirilən turnirlə eynidir.


Qeyd edək ki, "Avro-2028" 9 iyun - 9 iyul tarixləri arasında İngiltərə, Şotlandiya, Uels və İrlandiyada keçiriləcək. Avropa çempionatının son qalibi isə İspaniya millisidir.

İspanlar 2024-cü ilin finalında Berlində İngiltərəni 2:1 hesabı ilə məğlub edərək titula sahib çıxıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO