“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

“Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

Hazırda oxunan: “Qarabağ” uşaqlara da biletləri pulsuz etdi

604064

Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Sabah” oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb.

Bizim.Media xəbər verir ki, “Qarabağ” bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək, onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb.

15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər. “Qarabağ” bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı.
 

Qeyd edilib ki, uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Çünki biletsiz giriş mümkün deyil.


Bu qaydanın hər kəsə aid olduğu və biletlərin yalnız oyun günü stadionun kassasından əldə etmək mümkün olacağı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO