"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

"Atletiko"nun Simeone ilə bağlı QƏRARI

Hazırda oxunan: "Atletiko"nun Simeone ilə bağlı QƏRARI

603677

"Atletiko" baş məşqçi Dieqo Simeone ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparıb .

Bizim.Media xəbər verir ki, bu haqda AS məlumat yayıb.

Simeone və "Atletiko" rəhbərliyi cari mövsümün sonunda yeni 1 illik müqavilə imzalamağa hazır olduqlarını təsdiqləyiblər.

Daha əvvəl "İnter"in mütəxəssislə maraqlandığı bildirilirdi.

Bu, qış transfer pəncərəsindən sonra Simeone ilə "Atletiko"nun idman direktoru Mateu Alemanyi arasında münasibətlərin pisləşməsi fonunda baş vermişdi.

Simeone 2011-ci ilin dekabr ayından bəri Madrid klubunun sükanı arxasındadır.

Onun rəhbərliyi altında komanda 2 dəfə İspaniya çempionu olub və Avropa Liqasını qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO