Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

Hazırda oxunan: Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək

602798

"Liverpul"un hücumçusu Hüqo Ekitike İngiltərə Premyer Liqasının "Brayton"la səfər matçının ilk dəqiqələrində zədələnib.

Bizim.Media xəbər verir ki, fransalı forvard oyunu davam etdirə bilməyib və artıq 8-ci dəqiqədə onu yarımmüdafiəçi Körtis Cons əvəzləyib.

Yaxın vaxtlarda tibbi müayinədən keçəcək Ekitikenin mart ayında baş tutacaq oyunlar üçün Fransa milli komandasının düşərgəsinə yollana bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah da zədə səbəbindən bu gün komandasına kömək edə bilməyib. Sözügedən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO