Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

Hazırda oxunan: Rui Jorje: “Azərbaycan millisi Portuqaliya deyil”

601848

Azərbaycan millisinin baş məşqşisi Ruy Jorjenin U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifi olmayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis yığmaya baş məşqçi təyin olunması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
 

“Hazırda U-20-dəki futbolçuların müntəzəm oynaması ilə bağlı hansısa təklifim olmayıb. Bu barədə danışmamışıq. Çempionatla tanışam. Əsas milli komandaya oyunçuların səviyyəsinə, Premyer Liqadakı limitə görə oyunçu tapılmadığını deyə bilmərəm. Azərbaycan millisi Portuqaliya yığması deyil.


Bunu çox yaxşı bilirəm. Amma onu deyə bilərəm ki, Portuqaliyanın U-21 yığması ilə uğur qazananda həmin komanda reytinqdə 19-cu idi. Futbolçuların keyfiyyətindən, inkişafından çox şey asılıdır”, - Ruy Jorje bildirib.

U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO