Şahdağda keçirilən Avropa çempionatında ilk qaliblər – SİYAHI

Şahdağda keçirilən Avropa çempionatında ilk qaliblər – SİYAHI

Hazırda oxunan: Şahdağda keçirilən Avropa çempionatında ilk qaliblər – SİYAHI

599591

Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub.

Bizim.Media xəbər verir ki, U-18 kateqoriyası üzrə sprint yarışlarında kişilər arasında Fransijek Yopek (Çexiya) birinci, Matey Petre (Rumıniya) ikinci, Adam Hubaç (Slovakiya) üçüncü yeri tutub. Qadınların mübarizəsində Nuria Noqueyra (İspaniya) qızıl, Antonina Rakuş (Polşa) gümüş, Nataliya Bobrovska (Polşa) bürünc medal qazanıb.
 

U-20 kateqoriyasında isə kişilər arasında Aaron Alvares (İspaniya) finişə birinci, Marek Foltin (Çexiya) ikinci, Morits Bauregger (Almaniya) üçüncü çatıb.


Qadınlarda Helena Öringer (Almaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Emma Albrext (Avstriya) gümüş, Klara Velepeç (Sloveniya) bürünc mükafata sahib çıxıb.

Mükafatlandırma mərasimində qaliblər medallarla təltif ediliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO