“Sabah” “Qəbələ”yə qalib gəldi - VİDEO

“Sabah” “Qəbələ”yə qalib gəldi - VİDEO

Hazırda oxunan: “Sabah” “Qəbələ”yə qalib gəldi - VİDEO

596624

Bu gün Misli Premyer Liqasında 20-ci tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun qapanış matçında “Qəbələ” “Sabah”ı qəbul edib.

Qarşılaşma paytaxt təmsilçisinin növbəti qələbəsi ilə yekunlaşıb. Daha öncə keçirilmiş oyunlarda “Zirə” “Karvan”a (1:0), “Araz-Naxçıvan” “Sumqayıt”a (1:0) qalib gəlib, “İmişli” “Qarabağ”a (0:1), “Kəpəz” isə “Neftçi”yə (1:3) uduzub. “Şamaxı” – “Turan Tovuz” görüşündə isə qalib müəyyənləşməyib – 0:0.

Misli Premyer Liqası

20-ci tur

16 fevral

“Qəbələ” – “Sabah” 0:1

Qol: Xəyal Əliyev, 54.

Hakimlər: Rauf Cabbarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəşad Əhmədov.

Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 93. Rza Cəfərov, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumu, 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 7. Turan Manafov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 8. Sambu Sissoko, 70. Paulo Kimbila.

Məşqçi: George Çixradze.
 

Sabah: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.


Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 89. Cəfər Muxtarov, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 83. Stefen Ende.

Baş məşqçi: Valdas Dambrauskas.



Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO