“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

“Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

Hazırda oxunan: “Qarabağ” bu legionerlə müqaviləni UZATMAYACAQ

596092

"Qarabağ" ötən ilin iyulunda sıralarına qatdığı Sammi Mmae barədə yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Zaqreb “Dinamo”sundan heyətinə cəlb etdiyi belçikalı mərkəz müdafiəçisinin xidmətində maraqlı deyil.
 

Artıq Xorvatiya tərəfinə bu haqda şifahi məlumat verilib. “Qarabağ” icarə əsasında düşərgəsinə gələn və 1 illik müqavilə bağladığı 28 yaşlı legionerin transfer hüququnu almayacaq.


Qeyd edək ki, Mmaenin 21 oyunda formasını geyindiyi “Dinamo” ilə 2028-ci ilin iyununa qədər müqaviləsi var. O, Zaqrebə 2024-cü ilin yayında Macarıstandan - “Ferentsvaroş”dan azad agent kimi keçib. Daha öncə Belçikada “Gent”, “Standard” və “Sent Trüden”də çıxış edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO