"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

"Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

Hazırda oxunan: "Neftçi" - "Qarabağ" oyunu TƏXİRƏ SALINDI

595948

"Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun rəsmi müraciəti, “Neftçi” klubunun razılıqla bağlı rəsmi cavabı əsasında Misli Premyer Liqasının 21-ci turunun 21 fevral tarixinə nəzərdə tutulmuş “Neftçi”  - “Qarabağ”  oyunu təxirə salınıb.

Görüşün hansı tarixdə keçiriləcəyi ilə bağlı məlumat hələlik məlumat açıqlanmayıb.
 

Qeyd edək ki, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la (İngiltərə) baş tutacaq matça hazırlaşmaq məqəsdilə müvafiq müraciəti ünvanlamışdı.


"Qarabağ" və "Nyukasl" qarşılaşması fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO