ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

Hazırda oxunan: ABŞ klubu Nəriman Axundzadənin transferinin detallarını AÇIQLADI

595577

ABŞ-ın "Kolombus Kryu" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. 

O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.

"Qarabağ" da gənc forvardla yolların ayrıldığını rəsmən açıqlayıb. Bildirilib ki, ABŞ təmsilçisi ilə danışıqlar yekunlaşıb, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.
 

Qeyd edək ki, Nəriman Axundzadə Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.


Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış futbolçu əsas millinin heyətində 13 matç keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO