“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

“Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

Hazırda oxunan: “Qarabağ” son dəqiqə qolu ilə qələbə qazandı - VİDEO

595520

Futbol üzrə Misli Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında “Qarabağ” səfərdə “Şamaxı”nın qonağı olub. Şamaxı şəhər stadionunda təşkil olunan matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Oruc Məmmədov açıb. 4 dəqiqə sonra qonaqların heyətində Joni Montiel fərqlənib. Son nöqtəni isə 90+4-cü dəqiqədə Kamilo Duran qoyub.

Bu nəticədən sonra Ağdam təmsilçisi 42 xalla 2-ci sırada qərarlaşıb. Şamaxının eyniadlı klubu isə 23 xalla 8-cidir.

Turun bağlanış matçında “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda 24 xalı olan “ağ-qaralar” 7-cidir. “Qırmızı-qaralar” isə 14 xalla 10-cu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Araz-Naxçıvan”a 4:1, “Zirə” “Sumqayıt”a 3:2, “Turan Tovuz” “Karvan-Yevlax”a 1:0 hesabı ilə qalib gəlib, “İmişli” – “Kəpəz” matçında isə qapılara qol vurulmayıb – 0:0.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO