Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

Hazırda oxunan: Juninyo yeni klubunda "Qarabağ"ı xatırladı

595464

"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo Meksikada çıxış etdiyi "Pumas" klubunu "Qarabağ"la müqayisə edib.

Bizim.Media xəbər verir ki, o bu barədə Meksika mətbuatına açıqlamasında danışıb.

Braziliyalı futbolçu özünü Azərbaycandakı kimi hiss etdiyini deyib:

"Meksikada hər gün özümü daha yaxşı hiss edirəm, uyğunlaşma prosesi sürətli keçir. Özümü Azərbaycandakı kimi rahat hiss edirəm. "Qarabağ"da necə idisə, "Pumas"da da komanda yoldaşlarımla artıq yüksək səviyyədə anlaşma yaranır. İndi əsas məsələ qol vurmağa və komandamın hədəfə çatmasına kömək etmək üçün çalışmağa davam etməkdir".

Qeyd edək ki, ötən il "Flamenqo"dan "Pumas"a transfer olunan 29 yaşlı hücumçu yeni klubunda ilk beş oyunda iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Juninyo 2023-cü ilin yayından 2025-ci ilin əvvəlinə qədər "Qarabağ"da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO