Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

Hazırda oxunan: Nərimanın transferinə görə rekord məbləğ ÖDƏNİLƏCƏK

595430

Xəbər verdiyimiz kimi, Nəriman Axundzadənin transferi reallaşmaq üzrədir. Artıq “Qarabağ”ın hücumçusu ilə yollarını ayırdığı rəsmən elan olunub. 

Bizim.Media xəbər verir ki, karyerasını ABŞ təmsilçisi “Kolambus Kru”da davam etdirəcək 22 yaşlı oyunçu transfer rekordu müəyyənləşdirəcək. 

Nəriman ən baha qiymətə satılan azərbaycanlı futbolçu olacaq. 

Son məlumatlara görə “Kolambus Kru” Nəriman üçün bonuslarla birlikdə təxminən 2 milyon dollar ödəməyə razılaşıb. Hazırda klublar transfer haqqının ödənilmə qaydasını müəyyənləşdirir. “Qarabağ” məbləğin həmən köçürülməsini tələb edirsə, amerikalılar il ərzində hissə-hissə ödəniş arzusundadır. 

Amma bu, keçidin reallaşmasına əngəl olmayacaq. 

Qeyd edək ki, “Kolambus Kru” ilə 3,5 illik müqavilə bağlayacaq Nəriman “Qarabağ”dakından bir az çox qazanacaq. Amma bu, yalnız ilk mövsümdə belə olacaq. Razılaşmanın şərtinə görə, onun maaşı mərhələli şəkildə artacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO