Yamal yeni rekorda İMZA ATDI

Yamal yeni rekorda İMZA ATDI

Hazırda oxunan: Yamal yeni rekorda İMZA ATDI

595399

İspaniya çempionu "Barselona"nın ispaniyalı qanad oyunçusu Lamin Yamal İspaniya La Liqasının 24-cü turunda "Malyorka"ya qarşı (3-0) qol vuraraq XXI əsrdə Avropanın 19 yaşa qədər ən yaxşı liqalarında ən çox qol vuran oyunçu olub. Onun aktivində 24 qol var.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bununla Yamal "Monako" və PSJ-də 23 qol vuran fransız hücumçusu Kilian Mbappeni geridə qoyub.

Digər ən çox qol vuranlar arasında Ueyn Runi (15), Valeri Bojinov (14), Ansu Fati (13), Yussufa Mukoko (13) və Florian Virts (13) var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO