İspaniyanın “Barselona” klubunun prezidenti Joan Laporta martın 15-də keçiriləcək seçkilərdə iştirak etmək məqsədilə tutduğu vəzifədən istefa verib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, qərar İdarə Heyətinin bu gün keçirilən iclasında rəsmiləşdirilib.
Nizamnaməyə uyğun olaraq, J.Laporta ilə yanaşı, İdarə Heyətinin bir neçə üzvü – vitse-prezidentlər Elena Fort, Rafael Eskudero, həmçinin Ferran Oliver, Josep Maria Albert, Xavyer Barbani, Miqel Kamps, Aureli Mas, Xavyer Puiq və Joan Soler Ferre də seçki prosesinə qatılmaq üçün vəzifələrindən ayrılıblar.
30 iyun tarixinə qədər klubun idarəetməsini prezident Rafael Yuste, vitse-prezident və katib Xosep Kubells, xəzinədar Alfons Kastro və digər İdarə Heyəti üzvləri (Xosep İqnasi Masia, Anxel Riudalbas, Joan Sole i Sust, Sisko Puyol) həyata keçirəcək.
Qeyd edək ki, “Barselona” hazırda İspaniya La Liqasında 54 xalla turnir cədvəlinə başçılıq edir.
Rəşad Rafiqoğlu, Bizim.Media



































































































