“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

“Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

Hazırda oxunan: “Bavariya” Keynlə müqaviləni artırmaq istəyir

592865

"Bavariya" Harri Keynlə 2028 və ya 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə ilə bağlı rəsmi danışıqlara başlayıb.

Bizim.Media xəbər verir ki, bu məlumatı münhenlilərin idman direktoru Maks Eberl də təsdiqləyib.
 

"Biz Harri ilə danışıqlar aparırıq." – deyə Eberl bildirib. Məlumata görə, hücumçu müqaviləni uzatmağa tam hazırdır. Başqa kluba keçid məsələsi gündəmdə deyil.


Qeyd olunur ki, ingilis futbolçu klubu, azarkeşləri və Münheni sevir. Keynin hazırkı müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO