Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

Hazırda oxunan: Avropada ƏN ÇOX MATÇA ÇIXAN gənc futbolçular bəlli oldu

592855

Avropanın "Top-5" liqalarında ən çox rəsmi oyun keçirən gənc oyunçuların siyahısı müəyyənləşib.

Bizim.Media xəbər verir ki, reytinqə "Barselona"nın gənc ulduzu Lamin Yamal başçılıq edir. Onun aktivində artıq 90 matç var.

İkinci pillədə Yamalın komanda yoldaşı Pau Kubarsi qərarlaşıb (71 oyun).

İlk üçlüyü isə Fransa "Lill"inin yarımmüdafiəçisi Ayub Buaddi tamamlayır. O, indiyədək 50 görüşdə şans qazanıb.
 

Məlumata görə, siyahının üçüncüsü olan Buaddi London "Arsenal"ının transfer hədəfinə çevrilib. "Topçular"ın 18 yaşlı yarımmüdafiəçinin kluba keçidi üzərində aktiv danışıqlar apardığı bildirilir.


Qeyd edək ki, siyahı 2007-ci ildə və daha sonra doğulan futbolçular əsasında hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO