Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Polşa klubu millimizin üzvünə VAXT VERDİ

Hazırda oxunan: Polşa klubu millimizin üzvünə VAXT VERDİ

592760

Polşanın “Motor” klubunun azərbaycanlı hücumçusu Renat Dadaşovun taleyi hələ də qeyri-müəyyən olaraq qalır. 

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, forvard Lublin klubu tərəfindən bir ay əvvəl transferə çıxarılsa da, hələ də düşərgədədir.
 

“Motor” Dadaşovla yanaşı, daha iki oyunçusunun gedişinə müsbət rəy verib. Lakin onların hələ də yola salınmaması rəhbərliyi narahat edir. Polşalılar özünə yeni komanda tapması üçün Renat da daxil olmaqla hər üç futbolçuya vaxt verib.


Millimizin hücumçusunun indiki məqamda keçmək ehtimalı ən yüksək olan klub isə “Zirə” göstərilir.

Amma qəsəbə təmsilçisi millimizin üzvünü yüksək maaş tələblər üzündən heyətinə qata bilmir.

Renat Dadaşovun “Motor”la müqavilə müddəti yaya qədərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO