“Qalatasaray” klubu “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçla bağlı kəskin bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi rəsmi sosial media hesabında “Fənərbaxça”nın keçmiş prezidenti Ali Koçu hədəf alan “Bu ölkənin idmanı səndən bezdi, Ali Koç!” başlıqlı yazı paylaşıb.
Klubun sözügedən reaksiyasına səbəb Ali Koçun “Qalatasaray”ın baş məşqçisi Okan Buruka qarşı təhdid dolu ifadələr işlətməsi iddiası olub.
Bəyanatda qeyd olunur ki, A. Koçun Okan Buruku təhdid etməsi sadəcə hüquqi müstəvidə cinayət deyil, həm də futbol sahəsindəki rəqabəti qaranlıq məcralara çəkmək cəhdidir. “Sarı-qırmızılılar” A. Koçu ailəsinin və sahib olduğu holdinqin gücündən istifadə edərək təhdidkar davranmaqda ittiham ediblər.
Qeyd edək ki, klub rəhbərliyi baş məşqçiyə qarşı edilən hər hansı təhdidin birbaşa klubun özünə edildiyini və rəhbərliyin onun sonuna qədər arxasında olduğunu bildirib.
Bizim.Media




































































































