“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

“Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

Hazırda oxunan: “Sabah”ın futbolçusu Rusiya klubuna keçir?

592575

"Sabah"ın yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını yenidən Rusiyada davam etdirəcək.

Bizim.Media “kp.ru” portalına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin tezliklə əvvəllər də oynadığı “Arsenal”a(Tula) keçəcəyi gözlənilir.

Müqavilə 2026/2027 mövsümünün sonuna qədər qüvvədə olacaq.

Quliyev azad agent kimi Tula klubuna keçəcək. Masazır təmsilçisi bu transferə görə heç bir gəlir əldə etməyəcək.

29 yaşlı yarımmüdafiəçi “Anji”, “Rostov”, “Spartak”, “Arsenal”, “Ximki” klublarında oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO