Həmin işarədən danışdı

Həmin işarədən danışdı

Hazırda oxunan: Həmin işarədən danışdı

592038

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının “Ayntraxt”la (3:2) keçirdiyi oyunda verdiyi həlledici işarədən danışıb.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis həmin işarəni oyunun gedişatında olan epizod kimi dəyərləndirib.

“Əvvəlki kornerlərdə “Ayntraxt” öndə oyunçu saxlamırdı. Amma sonuncu kornerdə öndə 2 oyunçu mərkəzdə qaldı. Ona görə Aleksey Kaşuk və Elvin Cəfərquliyev arxaya keçdi. Risk olmasın deyə Bikalyonu geri çağırdım ki, sığortalasın. Amma bunu düşünməmişdim”.

Qeyd edək ki, oyunun 90+2-ci dəqiqəsində baş məşqçi Qurban Qurbanovun texniki zonadan verdiyi taktiki göstəriş matçın nəticəsində həlledici rol oynayıb.

Q.Qurbanov həmin epizodda Pedro Bikalyoya “geri qayıt” işarəsi verərək, oyunçunun mövqeyini tənzimləyib. Kornerdən gələn top məhz Bikalyonun qarşısına düşüb və hücumun davamında Bəhlul Mustafazadə qələbə qolunu rəqib qapısından keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO