Anri mükafatlandırıldı - FOTO

Anri mükafatlandırıldı - FOTO

Hazırda oxunan: Anri mükafatlandırıldı - FOTO

586464

Fransa millisinin və “Arsenal”ın əfsanəvi kapitanı Tyeri Anri “Lifetime Achievement” (Ömürlük Nailiyyət) mükafatına layiq görülüb.

Bizim.Media xəbər verir ki, BBC tərəfindən təşkil olunan mükafatlandırma mərasimi dekabrın 18-də keçirilib.

BBC rəhbərliyi fransalı sabiq oyunçunun müasir futbolçu anlayışını yenidən formalaşdırdığını vurğulayıb, onun meydandakı istedadını, futbol zəkasını və bu idman növünə təsirini yüksək qiymətləndirib.

Qeyd edək ki, Anridən əvvəl bu mükafatı Billi Cin Kinq, Pele, ser Bobbi Çarlton və Devid Bekhem kimi məşhur idmançılar qazanıblar.

Anri isə açıqlamasında bunları deyib: “Futbol mənə hər şey verdi, mən də futbola. Bu mükafat sayəsində futbol tarixində daha da tanınacağam, azarkeşlərin və komanda yoldaşlarımın qəlbində iz buraxacağam. Bunu heç vaxt unutmayacağam”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO