Şotlandiyanın "Seltik" klubu gözlənilməz istefa ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, klubun prezidenti Piter Louell tutduğu vəzifədən ayrılıb.
Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, funksionerin bu addımı atmasına səbəb azarkeşlər tərəfindən gələn təhqir və təhdidlər olub. Son dövrlərdə "Seltik" azarkeşləri klubun transfer siyasətini və inkişaf strategiyasını kəskin tənqid edirdilər.
Louell qərarını belə izah edib:
"Uzun illər ərzində bir çox cəbhədə çətinliklərin öhdəsindən gələ bildiyimi sübut etmişəm. Lakin bəzi mənbələrdən gələn təhqir və təhdidlər şiddətlənib və artıq dözülməz həddə çatıb".
Xatırladaq ki, "Seltik" cari mövsümdə sensasiyalı şəkildə Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
Bizim.Media






























































































