Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

Hazırda oxunan: Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı - FOTO

586123

"İnter Mayami"nin hücumçusu Lionel Messi Hindistandakı ilk turunu tamamlayarkən yabanı təbiətin qorunması və xilas edilməsi mərkəzi olan Vantaranı ziyarət edib.

Bizim.Media xəbər verir ki, bu barədə MSN nəşri məlumat yayıb.

Ziyarət zamanı argentinalı futbolçu qolundakı "Richard Mille RM 003-V2" saatı ilə diqqət çəkib. Hansı ki, bu saatın dəyəri 1,1 milyon dolları ötür.
 

Məlumata görə, Messiyə bu nadir rast gəlinən saatı Hindistanın ən zəngin iş adamı olan Anand Ambani hədiyyə edib. Dünyada yalnız 12 ədəd nümunəsi mövcud olan model olduqca nadir nümunələrdəndir.


Qeyd edək ki, Messi Hindistandakı səfəri zamanı Mumbay, Yeni Dehli, Heydərabad və Kəlküttə olmaqla dörd şəhərə səfər edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO