“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

“İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

Hazırda oxunan: “İmişli”də maliyyə problemi yaranıb? - Klubdan AÇIQLAMA

586087

Premyer Liqanın debütantı “İmişli”də maliyyə probleminin olduğu barədə iddialar yayılıb.

Yayılan məlumatlara görə klubda 2 aydır nə maaşlar, nə də mükafatlar ödənilir. Real vəziyyəti öyrənmək üçün klubun mətbuat katibi Leyla Behbudlu ilə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında iddiaları əsassız adlandırdı:
 

“İmişli” klubu adından əminliklə deyə bilərəm ki, bizim klubda maliyyə problemi yoxdur. Komandanın futbolçuları maaşlarını da, mükafatlarını da vaxtı-vaxtında alırlar. Kluba maliyyə vəsaiti AFFA tərəfindən köçürülür. Bu vəsait digər klublar kimi bizim də büdcəmizə vəsait köçəndə, futbolçulara çatacaq məbləği ödəyirik. Bizim klub tərəfindən bu sahədə heç bir problem yoxdur”.


Qeyd edək ki, Premyer Liqanın bir sıra klubları AFFA tərəfindən maliyyələşdirildiyi üçün maaşlar da federasiyanın köçürdüyü məbləğdən ödənilir. Xüsusilə “İmişli” bu məbləğdən daha çox yararlanır. Çünki onların büdcəsi sırf AFFA-nın yardımından asılıdır.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO