
- A-
- A
- A+
İdman
05:17 / 04.02.2022
"Böyük Dəbilqə"də 6 cüdoçumüz mübarizə aparacaq
Hazırda oxunan: "Böyük Dəbilqə"də 6 cüdoçumüz mübarizə aparacaq
58555
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
Azərbaycan Cüdo Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, yarışda ölkəni Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.
Medallar uğrunda Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, 54 ölkədən 308 idmançının qatılacağı "Böyük Dəbilqə" 5-6 fevralda təşkil olunacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































