"Fənərbağça"nın futbolçusu İrfan Can Kahveci Super Liqada klubunu dəyişə bilər.
Bizim.Media xəbər verir ki, "Trabzonspor" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Qara Dəniz təmsilçisi İrfan Canı satınalma bəndi ilə icarəyə götürməyi planlaşdırır. Bu haftə 30 yaşlı ön xətt oyunçusunun transferi ilə bağlı iki klubun prezidenti arasında görüş keçiriləcək.
Qeyd edək ki, İrfan Can Kahveci "Fənərbağça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. Türkiyə millisinin üzvünün klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
07:28 / 11.12.2025
“Fənərbağça”nın üzvü “Trabzonspor”a keçə bilər
Hazırda oxunan: “Fənərbağça”nın üzvü “Trabzonspor”a keçə bilər
Hazırda oxunan: “Fənərbağça”nın üzvü “Trabzonspor”a keçə bilər
584919
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































