UEFA-dan Almaniya klubuna sərt CƏZA GƏLİR

UEFA-dan Almaniya klubuna sərt CƏZA GƏLİR

Hazırda oxunan: UEFA-dan Almaniya klubuna sərt CƏZA GƏLİR

584884

UEFA Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunu cəzalandırmağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, buna Çempionlar Liqası çərçivəsində “Barselona” ilə baş tutan oyunda (1:2) azarkeşlərinin davranışları səbəb olub.
 

Belə ki, stadionda baş verən iğtişaşlar, meydana mütəmadi olaraq yad əşyaların atılması, pirotexniki vasitələrin yandırılması (hətta onlardan biri “Barselona” fanatlarının sektoruna atılıb) və tribunalardakı qarşıdurmalar qurumun diqqətindən qaçmayıb.


Matçın nümayəndəsi əşyaların növlərinə, miqdarına, hansı sektordan və hara atıldığına dair detallı hesabat hazırlayaraq UEFA İntizam Komitəsinə təqdim edib.

Hesabata əsasən, Frankfurt təmsilçisinin avrokuboklarda çox sərt sanksiyalarla üzləşəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO