AFFA “Sumqayıt”ın məşqçisini CƏZALANDIRDI

AFFA “Sumqayıt”ın məşqçisini CƏZALANDIRDI

Hazırda oxunan: AFFA “Sumqayıt”ın məşqçisini CƏZALANDIRDI

584843

“Sumqayıt” klubunun məşqçisi Veliçko Kaplanoviç bir oyunluq cəzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
 

Mütəxəssis “İmişli” ilə matçda oyunun bərpasını ləngitdiyi üçün birbaşa qırmızı vərəqə alıb və bir oyunluq diskvalifikasiya edilib. “Sumqayıt” klubu isə 1000 manat cərimələnib.


“Sumqayıt” – “İmişli” matçında (1:0) qonaq komandanın dörd oyunçusu sarı vərəqə cəza aldığı üçün bölgə klubu 700 manat cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO