“120 dəqiqənin bitməsinə az qalmış buraxdığımız qol üzücü oldu. Azarkeşlərdən üzr istəyirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Zirə" ilə baş tutan matçı (0:1) matçı şərh edərkən deyib.
Mütəxəssis matça hazırlıq üçün vaxtlarının az olduğunu, əsasən bərpaya diqqət yetirdiklərini bildirib:
“Rəqibin hücumlarının qarşısını ala bilirdik, bizim hücumlarımız da təhlükəli olurdu. Amma oyunun sonlarında qol buraxdıq. Azarkeşlərimiz çox yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm”.
S.Qurbanov heyətlə, xüsusilə Cordan Rezabalanın meydana gec daxil olması və Bassala Sambunun oyunu ilə bağlı məsələlərə da toxunub. O, Sambunu qırmızı vərəqə riskinə görə əvəzlədiyini, orta xətdəki stabilliyi pozmamaq üçün isə Rezabalanı sona saxladığını qeyd edib.
Mütəxəssis son olaraq hazırda çempionata köklənməli olduqlarını vurğulayıb:
“Komanda yığılanda mən orada deyildim, amma yaxşı futbolçulardan ibarət kollektivik. Əlbəttə deyirik ki, komanda kimi hücum edib, müdafiə olunmalıyıq. Düzdür, top itkisindən sonra qol buraxdıq. Üzücü məqamdır. Psixoloji durumumuz o qədər pis deyil, sadəcə qeyri-stabillik var. Çempionata köklənməkdən başqa yolumuz yoxdur. Bir qələbə, bir pozitivlik komandaya çox kömək edəcək.”
Bizim.Media

- A-
- A
- A+
İdman
23:18 / 02.12.2025
"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi
Hazırda oxunan: "Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi
Hazırda oxunan: "Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi
583556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































