“Qarabağ”ın futbolçusu Rusiya klubuna “yox” dedi

“Qarabağ”ın futbolçusu Rusiya klubuna “yox” dedi

Hazırda oxunan: “Qarabağ”ın futbolçusu Rusiya klubuna “yox” dedi

579004

“Qarabağ”ın futbolçusu Abbas Hüseynova APOEL və “Aris”dən təklif gəldiyini, lakin millimizin üzvünün Ağdam klubunda qalmağa üstünlük verdiyi barədə xəbər vermişdik.

Bizim.Media xəbər verir ki, Hüseynov Rusiya Premyer Liqasında yarışan “Akron”un da təklifini geri çevirib.

Belə ki, Tolyatti təmsilçisi 30 yaşlı futbolçunu transfer etməkdə israrlı olub. Lakin onlar Abbası “Qarabağ”da qalmaq fikrindən daşındıra bilməyiblər.

Millimizin müdafiəçisinin Ağdam klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO