Azərbaycanlı atletdən Almaniyada uğurlu çıxış – Qələbəsini şəhidlərə həsr etdi 

Azərbaycanlı atletdən Almaniyada uğurlu çıxış – Qələbəsini şəhidlərə həsr etdi 

Hazırda oxunan: Azərbaycanlı atletdən Almaniyada uğurlu çıxış – Qələbəsini şəhidlərə həsr etdi 

57697

Azərbaycan atleti Nazim Babayev Almaniyanın Karlsrue şəhərində keçirilən “World Indoor Tour” (Gold Level) turnirində gümüş medal qazanıb. 

Bizim.Media xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançımız 16,76 metr nəticə ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. 

N.Babayev Vətən müharibəsində şəhid olmuş hərbçilərin sayını, həmçinin Milli qəhrəmanlar Mübariz İbrahimovla Polad Həşimovun adlarının yazıldığı kağızı əlində tutaraq qələbəsini onlara həsr etdiyini göstərib. 

Qeyd edək ki, turnirdə birinci yeri yunanıstanlı atlet Andreas Pantazis (16,79 metr) tutub.

Almaniyalı idmançı Maks Hess isə 16,71 metr göstərici ilə yarışda üçüncü yeri əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO