17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq, ayın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan U-17-nin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Uels, Kosovo və Moldova yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. Turnirin bütün matçları Moldovada təşkil olunacaq.
U-17 Qadın millisinin heyəti:
Aydan Abdullayeva (Sabah), İradə Əsədli (Şəfa), Aylin Quluzadə (Təhsil 8 İOEUGİM), Məryəm Səmədli (Sabah), Aysu Əsədova (Sabah), Aylin Kərimova (Sabah), Ayan Abdiyeva (Liman), Şəhanə Mirzəliyeva (Liman), Suel Polikarpova (Neftçi), Sara Səlimova (Neftçi), Naidə Məmmədova (Dirçəliş), Xədicə Rəhimova (Neftçi), Mehri Məmmədzadə (Baku Juniors), Fatimə Kərimli (Sabah), Tərgül Qəniyeva (Sabah), Yasmin Bəbirova (Təhsil 8 İOEUGİM), Zəhra İsmayılova (Şəfa), Aylin Azadova (Sabah).
24 oktyabr
Uels (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
27 oktyabr
Kosovo (U-17, Qadınlar) - Azərbaycan (U-17, Qadınlar)
Millilərin Hazırlıq Mərkəzi, Vadul lui Voda. Saat 14:00
Baş hakim: Briet Braqadottir (İslandiya)
Baş hakimin köməkçiləri: Ticana Krstiç (Serbiya), Ana Bahcivanyi (Moldova)
Dördüncü hakim: Oleq Stoyanov (Moldova)
30 oktyabr
Azərbaycan (U-17, Qadınlar) – Moldova (U-17, Qadınlar)
“Zimbru 2” stadionu, Kişineu. Saat 15:00
Baş hakim: Uqne Şmitayte (Litva)
Baş hakimin köməkçiləri: Deimante Bikute (Litva), Ticana Krstiç (Serbiya)
Dördüncü hakim: Briet Braqadottir (İslandiya)
Bizim.Media

- A-
- A
- A+
İdman
21:40 / 18.10.2025
Azərbaycan millisinin seçmə mərhələ üçün HEYƏTİ
Hazırda oxunan: Azərbaycan millisinin seçmə mərhələ üçün HEYƏTİ
Hazırda oxunan: Azərbaycan millisinin seçmə mərhələ üçün HEYƏTİ
576013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.