Azərbaycan millisi İspaniya ilə heç-heçə etdi - FOTO

Hazırda oxunan: Azərbaycan millisi İspaniya ilə heç-heçə etdi - FOTO

57324

Futzal üzrə Azərbaycan millisi növbəti matçına çıxıb.

Bizim.Media xəbər verir ki, Avropa çempionatının final mərhələsində mübarizə aparan yığmamız İspaniya ilə görüşüb.

İlk turda gözlənilmədən Gürcüstana 2:3 hesabı ilə uduzan Joze Alesionun yetirmələri adlı-sanlı rəqiblə görüşə qələbə iddiası ilə çıxıb. 1/4 final şansını qorumaq üçün mütləq qalib gəlməli olan yığmamız ilk yarıda iki dəfə hesabda önə keçib.

Fasiləyə də üstün yollanan komandamız uzun müddət hesabı qorusa da, hissənin ikinci yarısında topu qapısında görüb - 2:2. Bu heç-heçədən sonra millimiz 1/4 final şansını çətinə salıb. Yığmamızın qrupdan çıxması möcüzəyə bərabərdir. İspaniya Gürcüstana uduzmalı, millimiz Bosniya və Herseqovinanı mümkün qədər çox fərqlə udmalıdır.

Qeyd edək ki, qrupda turun digər matçında Gürcüstan Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.

AVRO-2022, final mərhələsi
II tur, D qrupu
26 yanvar 
23:30. İspaniya - Azərbaycan - 2:2

Qollar:
Raul Qomez, 11:28, Lozano, 30:01 // Lozano, 9:16 (avtoqol), Atayev, 16:38
Hakimlər: Migel Kastilyo (Portuqaliya), Qabor Kovaç (Macarıstan), Petar Radojçiç (Serbiya).


Qroningen. "Martini Plaza".



Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO