Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, gənc idmançılarla görüşən F.Qayıbov onların dənizdə məşqlərini izləyib.
Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Gənclər və idman naziri federasiya rəhbəri və məşqçilərlə görüşdü - FOTO
Görüş zamanı idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb.
Görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak ediblər.
Bizim.Media