
- A-
- A
- A+
Formula 1 yarışları ilə bağlı QADAĞA - Açılış mərasimlərində bu olmayacaq
Formula 1 üzrə dünya çempionatının bəzi mərhələlərinin açılış mərasimlərində hərbi təyyarələrin nümunəvi uçuşu qadağan olunub.
Bizim.Media “Racingnews365” portalına istinadla xəbər verir ki, Qran-prilərin təşkilatçıları bununla bağlı Formula 1 rəhbərliyindən məktub alıblar.
Qadağaya səbəb Formula 1 proqramı çərçivəsində karbon emissiyalarının 2030-cu ilədək azaldılması istəyidir.
Hərbi təyyarələrin uçuşları adətən Monzada, Silverstoun və digər Qran-prilərin açılış mərasimlərində keçirilir. Bu uçuşlar 2022-ci ildən qadağan ediləcək.
Qadağanın digər səbəbi də Formula 1 rəhbərliyinin belə şouların hərbi nümayiş kimi qəbul oluna biləcəyindən və ya ölkələrə hərbi qüdrətlərini nümayiş etdirmək üçün platforma təqdim olunması kimi qələmə verilməsindən ehtiyatlanmasıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































